Fevralın 24-dən iyunun 2-dək Ukraynada 268-i uşaq olmaqla 4183 mülki şəxs həlak olub.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.
Bildirilib ki, müharibə nəticəsində 5014 mülki şəxs yaralanıb. Bunlar müxtəlif faktlarla sübut olunmuş rəqəmlərdir. Real nəticələr daha çox ola bilər.
Məlumata görə, Donetsk və Luqanskın Kiyevin nəzarətində olan ərazilərində 2253 nəfər ölüb, 2261 nəfər yaralanıb, Ukraynanın nəzarətində olmayan ərazilərdə isə 147 nəfər həlak olub, 603 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 100 gün ötür.