1 C
Baku
Saturday, December 14, 2024

BMT Ukraynada araşdırmalara başlayır

BMT-nin Ukraynadakı pozuntuları araşdıran Müstəqil Beynəlxalq Komissiyasının komissarları iyunun 7-dən 16-dək ölkədə ilk missiyasını həyata keçirəcəklər.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

“Komissarlar insan hüquqlarının mümkün pozuntuları və təqibləri araşdırmaq, beynəlxalq humanitar hüququn pozulması barədə ilk mənbədən məlumat əldə etmək, habelə zərərçəkənlərlə görüşmək və Ukraynanın bir sıra şəhərlərinə, xüsusilə Lvov, Kiyev, Xarkov və Sumıya səfər etmək niyyətindədirlər”, – qurumdan bildirilib.

Qeyd olunub ki, missiyada üç komissar iştirak edəcək. Onların Ukrayna hökumətinin nümayəndələri, o cümlədən əsas nazirlər, vətəndaş cəmiyyətinin təmsilçiləri və BMT agentlikləri ilə görüşləri planlaşdırılır.

Ukraynadakı missiyasının sonunda, iyunun 15-də komissarlar mətbuat konfransı keçirəcəklər.

Xatırladaq ki, missiyanın pozuntu və təqiblərlə bağlı faktları toplamaq, təhlil etmək hüququ var.

Komissiya öz fəaliyyəti haqqında 2022-ci ilin oktyabrında BMT Baş Assambleyasına, 2023-cü ilin martında isə BMT-nin İnsan Hüquqları Şurasına hesabat verəcək.

Son xəbərlər
Digər xəbərlər