Almaniyanın “Mercedes-Benz”, avtomobil istehsalçısı 1 milyona yaxın məhsulunu geri çağırıb.
Bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinə istinadən DPA agentliyi məlumat yayıb.
Geri çağırma 2004-2015-ci illərdə istehsal olunan ML, GL və R siniflərindəki modellərə şamil edilir.
Şirkət əyləc gücləndiricisinin korroziya təhlükəsi ilə əlaqədar bu addımı atıb. Bildirilir ki, bu, əyləc pedalında nasazlıqlara səbəb ola bilər.
İstehsalçı geri çağırılan avtomobillərin sahiblərindən texniki baxışdan keçənə qədər istifadə etməmələrini xahiş edir.