6 C
Baku
Sunday, December 15, 2024

Fransa Rusiya neftini əvəz etmək üçün BƏƏ ilə danışıqlar aparır

Fransa Rusiya neftini əvəz etmək üçün BƏƏ ilə danışıqlar aparır, Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir. “BƏƏ ən azı müvəqqəti olaraq Rusiya neftini və dizelini əvəz etmək üçün həll yolu ola bilər. Onlarla enerji təchizatı ilə bağlı müzakirələr artıq başlayıb”, – deyə mesajda bildirilir.

Avropa ölkəsi həmçinin daha təmiz enerji mənbələrinin inkişafına, məsələn, dənizdə külək stansiyalarının yerləşdirilməsinin sürətləndirilməsinə investisiyaları artırmaq niyyətindədir.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sanksiyalar nəticəsində Rusiyanın Aİ-yə neft idxalı ilin sonuna qədər təxminən 92% azalacaq. O, həmçinin bildirib ki, Rusiya qazına embarqo qoyulması istisna edilmir.

Son xəbərlər
Digər xəbərlər