2022-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 12,5 milyard dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,4 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 29,8 milyard dollar məbləğində avtomobil ixrac edib.