Banker.az saytı “Maliyyə sektorunun məşhur simaları” rubrikasında bu dəfə bir çoxlarının tanıdığı maliyyəçilərindən biri olan, Unibank-ın icraçı direktoru Xalid Əhədovdur.
Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır.
Tək nəzəriyyə ilə uzağa getməzsən, təcrübədə ustalaşmaq lazım olduğunu düşünən bankir elə tələbəlik illərində paralel olaraq işləməyə başlayır.
Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görmüşdür. Müxtəlif vaxtlarda istər ölkə daxilində, istərsə də xarici ölkələrdə keçirilən onlarla elmi-praktik treninq və seminarlarda iştirak etmişdir.
Professional fəaliyyətə 1999-cu ilin mart ayında «Bank of Baku» ASC-də başlayır. 6 il ərzində o komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışmışdır. 2005-ci ildən etibarən, idarəetməçiliyin yeni mərhələsinə, Bank of Baku-nun idarə heyəti sədrinin müavini (retail bankçılıq üzrə) səviyyəsinə yüksəlmişdir. O bu vəzifədə təxminən 6 il çalışmışdır.
Həyatının növbəti mərhələsində, o kifayət qədər cəsarətli bir addım ataraq, bu səviyyəli vəzifədən ayrılıb avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və 2 il Barcelonada MBA təhsili alır.
Təhsilini 2012 ci ildə başa vurduqdan sonra o Bakıya qayıdır və dərhal Azərbaycanın hələ o vaxt tam olaraq retail bankçılığında indiki uğurlarını qazanmamış Unibank-a İcraedici komitənin üzvü kimi qoşulur. Artıq, onun işlədiyi komandanın hesabına Unibank hazırda Azərbaycanın ən güclü retail banklarından biri hesab edilir və bankın aktivləri qeyd olunan dövrdən təxminən 80% artmışdır.
3 il İcraedici komitənin üzvü işlədikdən sonra o, 2015 ildə İcraçı Direktor vəzifəsinə təyin edilmişdir.
Qeyd olunan vəzifələrlə yanaşı, o qiyabi olaraq 2008-2012 illərdə Atəşgah sığortanın müşahidə şurasının üzvü, 2012-ci ildən indiyədək Millikart prosesinq mərkəzinin Direktorlar şurasının sədri vəzifələrinidə icra edir.
Xalid Əhədov, CFA 3 səviyyəsinə namizəddir.
Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.
Comments are closed.