Kiber təhlükəsizlik qərarlarının istehsalçısı olan Palo Alto Networks BAKOTECH distribyutor dəstəyi ilə 2022-ci ildə Bakı Kiber Təhlükəsizlik Forumunu keçirəcək. Tədbir oflayn formatda, 23 iyun, Bakı şəhərində, JW Marriott Absheron Baku otelində keçiriləcək.
Tədbirdə sahə mütəxəssisləri korporativ kiber təhlükəsizliyinin müasir çağırışlarını, bir platforma vasitəsilə, o cümlədən Palo Alto Networks həlləri əsasında effektiv müdafiə sisteminin qurulması imkanlarını sıralayacaqlar. Söhbət Palo-Alto Networks-un STRATA,Cortex XDR və Prisma kimi məhsullarından gedir.
Tədbir IT/IB menecmentinə (CIO, CISO, CTO, CSO), bank, telekommunikasiya, neft sahəsi, hökumət, habelə logistika sahəsində işləyən informasiya təhlükəsizliyi mütəxəssislərinə faydalı olacaq.
Bu il forumun əsas mövzuları:
- IT infrastrukturunda daimi dəyişikliklər, kadr çatışmazlığı və CISO-ya olan digər çağırışlar – bununla nə etmək olar
- Vahid platforma bazasında endpoint, şəbəkə və bulud infrastrukturu qorunmasını qurmaq mümkündürmü
- Infrastrukturun və məlumatların qorunması üçün səmərəli həllər. Tətbiq təcrübəsi
Spikerlər və məruzələr:
- Palo Alto Network: kiber təhlükəsizlik trendləri ( Vedat Tüfekçi, baş direktor, Palo Alto Networks)
- CXO Challenge ( Haydar Paşa, Təhlükəsizlik üzrə baş direktor və baş işçi, Palo Alto Networks)
- STRATA: Ilk ML-powered NGFW ilə güzəştsiz şəbəkə təhlükəsizliyi( spiker- Aleksandr Krasyukov- Böyük satış mühəndisi, Bakotech)
- STRATA NGFW ilə keys müştəri təcrübəsi
- CORTEX-in texniki sessiyası
- Prisma SASE-in müasir şəbəkələrdə və istifadə ssenarilərində rolu(Orxan Həbibzadə, sistem mühəndisi, Palo Alto Networks)
- Panel müzakirəsi (açıq mikrofon)
Tədbirdə hər biri özünəməxsus təcrübəyə malik olan aparıcı kiber təhlükəsizlik mütəxəssislərini bir araya gətirəcək. Buna görə də, məruzələrlə yanaşı, tədbir məhsuldar netvorkinq ilə də faydalıdır, bunun sayəsində qonaqlar biliklərini bölüşə və başqalarını qəbul edə biləcəklər. Iştirakçıları bütün gün interaktiv aktivliklər, məruzələr, netvorkinq, panel müzakirələri və keys nümayişləri gözləyir və bütün bunlar qonaqların maksimum fayda əldə etməsi və yorulmaması üçün planlaşdırılıb.
Tədbirdə iştirak etmək üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz: https://bit.ly/3aCBOSw
Palo Alto Networks haqqında
Palo Alto Networks insanların və təşkilatların işini dəyişdirən texnologiyalarla bulud gələcəyini formalaşdıran qlobal kibertəhlükəsizlik lideridir. Şirkətin missiyası rəqəmsal həyat tərzini qorumaqla kiber təhlükəsizlik sahəsində üstünlük verən tərəfdaş olmaqdır. Palo Alto Networks dünyanın ən ciddi təhlükəsizlik problemlərini süni intellekt, analitik, avtomatlaşdırma və orkestrləşmə sahəsində son nailiyyətlərdən istifadə edən davamlı innovasiyalarla həll etməyə kömək edir. Inteqrasiya olunmuş platformanın verilməsi və artan partnyor ekosisteminin imkanlarının genişləndirilməsi şirkəti buludlarda, şəbəkələrdə və mobil qurğularda on minlərlə təşkilatın qorunması üzrə liderliyə gətirir. Əlavə məlumat əldə etmək üçün www.paloaltonetworks.com. saytına daxil olun.
BAKOTECH şirkəti haqqında
BAKOTECH- Value Added IT-distributasiya sahəsində lider mövqe tutan və dünyanın aparıcı IT istehsalçılarının qərarlarını təqdim edən beynəlxalq şirkətdir. Özünü True Value-Added IT-distribyutor kimi göstərən BAKOTECH, tərəfdaşlar və son sifarişçilər üçün peşəkar ön- və post-satış, marketinq, texniki dəstək verir.
Tədbirdə iştirak etmək üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz: https://bit.ly/3aCBOSw