Dünya Bankı 2022-ci ildə qlobal iqtisadi artımı 2.9% səviyyəsində proqnozlaşdırır

Dünya Bankı (DB) bu il qlobal iqtisadiyyatın gələcək inkişafı ilə bağlı öz proqnozlarını (yanvarda gözlənilən 4,1%-dən 2,9%-ə) yenidən nəzərdən keçirib.

Bu barədə DB-nin “Dünya iqtisadiyyatının perspektivləri” adlı hesabatında deyilir.

Qeyd edilir ki, 2022-ci ildə qlobal iqtisadi artım bu ilin yanvarında proqnozlaşdırılan 4,1% deyil, 2,9% təşkil edəcək. DB-nin ekspertləri qlobal iqtisadi artım tempinin 2023-2024-cü illərdə təxminən eyni səviyyədə qalacağı ehtimal edirlər.

“Ukraynadakı müharibə, Çindəki sanitar-epidemioloji məhdudlaşdırıcı tədbirlər, tədarük zəncirlərinin pozulması və staqflyasiya riski qlobal iqtisadi artıma zərbə vurur”, – Dünya Bankının Prezidenti Devid Melpas bildirib.

Onun sözlərinə görə, hazırda istehsalı təşviq etmək və ticarəti məhdudiyyətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər