ABŞ və Yaponiyadan olan alimlər bütün növ koronavirusların fermentlərinin işini bloklayan dərman hazırlayıb.
Preparat Covid-19-a qarşı da effektlidir.
Qeyd olunur ki, koronavirusların fermentləri çoxalaraq zülal zənciri yaradır və patogenliyi artır. Bu zülal zənciri koronavirus xəstəliyinin yaranması ilə nəticələnir. Yeni hazırlanan dərman virusun fermentlərini bloklayaraq onun yoluxmuş orqanizmdə inkişafını dayandırır.
Yeni preparat bütün növ koronaviruslara qarşı universal dərman hazırlanması üçün əsas ola bilər.