9 C
Baku
Friday, December 13, 2024

Fond bizneslərə 3 mlrd. manata yaxın güzəştli kredit verib

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bugünədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2.7 mlrd. manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb.

Banker.az SİF-ə istinadən xəbər verir ki, verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91.7% təşkil edib. 6.1% sənaye məhsullarının istehsalı və emalı, 1.6% xidmət sahələrinin (infrastruktur, tibb, təhsil və s.) inkişafı, 0.6%-i isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Məbləğ üzrə kreditlərin 60.5% kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26.1%-i sənaye məhsullarının istehsalı və emalı, 2.2%-i turizmin inkişafı, 11.1%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.

Fondun məlumatına əsasən, 2002-2022-ci illər ərzində verilmiş güzəştli kreditlər hesabına 177 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Güzəştli kreditlərdən istifadə etməklə reallaşdırılan layihələr hesabına kənd təsərrüfatı sahəsində təqribən 113 min, sənaye sahəsində 50 min, turizm və xidmət sahələrində isə 14 minədək insanın işlə təmin olunması imkanı yaranıb.

2002-2022-ci illər ərzində güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6.5% Bakı şəhəri və ətraf qəsəbələrin, 93.5%-i isə regionların payına düşür. Maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17.6%-lə ilk yerdədir. Məbləğ üzrə kreditlərin 25.6% Bakı şəhəri, 74.4% isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib.

Son xəbərlər
Digər xəbərlər