2022-ci ilin yanvar-mart aylarında Azərbaycan hava yollarında yük daşınması (karqo) üzrə 877.03 milyon manat gəlir əldə edilib.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK qeyd edir ki, 2021-ci ilin birinci rübündə 642.24 milyon manat gəlir cəmi əldə edilmişdi, yəni cari ildə 37% artım müşahidə edilir.
Hava nəqliyyatı ilə daşınan yüklərin böyük hissəsi beynəlxalq daşımalardır.
Qeyd edək ki, hesabat müddətində Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların həcmi 41% artaraq 152.7 min ton təşkil edib.