13 C
Baku
Tuesday, October 1, 2024

Avropa Mərkəzi Bankı son 7 ildə ilk dəfə yumşaq monetar siyasətə son qoyur

Aktivlərin alış proqramını dayandırır

Avropa Mərkəzi Bankı cümə axşamı mənfi faiz dərəcələrindən planlaşdırılan çıxışını sürətləndirmək üçün təzyiqlərə müqavimət göstərərək əsas faiz dərəcələrini iyulda cəmi 25, sentyabrda isə daha 25 əsas bənd artıracağını gözlədiyini bildirib.

Banker.az bu barədə ECB-nin rəsmi səhifəsinə istinadən xəbər verir.

Gözlənildiyi kimi, Frankfurtda mənzillənən Avropa Mərkəzi Bankı da ayın sonunda xalis aktiv alışlarını rəsmi olaraq dayandıracağını və demək olar ki, son yeddi il ərzində mövcud olan siyasətə son qoyacağını təsdiqlədi. Qeyd edək ki, ECB 2014-cü ildən bu tərəfə 0 uçot faiz dərəcəsi siyasətini aparır.

ECB-nin rəhbərliyinin son açıqlamaları isə onun inflyasiyanın cari artımına reaksiya vermək üçün dünyanın ən istəksiz mərkəzi banklarından biri kimi mövqe seçdiyini göstərir. Avrozonada inflyasiya may ayında 8.1%-ə çatıb ki, bu da vahid valyutanın 23 illik ömrü ərzində ən yüksək göstəricidir və bazar gözləntilərini bir qədər aşır. Yayda iki kiçik hərəkət vədi son həftələrdə FED və Avstraliya, Yeni Zelandiya və Hindistanın mərkəzi banklarının əsas faiz dərəcələrində 50 faiz bəndi artımları ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Avrozonaya yaxın olan Polşa Milli Bankı dünən uçot faiz dərəcəsini 75 baza bəndi artıraraq 6%-ə çatdırıb.

Bu xəbərin ardından EURUSD cütlüyü 1.075 səviyyəsinə qədər bahalaşdı.

Son xəbərlər
Digər xəbərlər