Fransa Ukraynaya yaxın həftələrdə əlavə “Caesar” özüyeriyən haubitsaları verə bilər.
Bu barədə “Europe 1” kanalı məlumat yayıb.
Kanal bildirir ki, Emmanuel Makron daha 6 haubitsanın Ukraynaya verilməsini elan edə bilər. Bu silahlardan hazırda Fransa ordusunda 64 ədəddir. Veriləcək silahlar ordunun anbarından götürüləcək.