Ramin Quluzadənin adı Azərbaycan Respublikası Prezidentinin stukturunda olan siyahıdan çıxarılıb.
Bu barədə Banker.az Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.
Qeyd edək ki, o 26 yanvar 2021-ci ildən Prezidentin İşlər müdiri vəzifəsinə təyin edilib.
2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir.
2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.
2021-ci ilin yanvarın 26-da vəzifəsindən azad edilmişdir. Həmin gün, Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.