“Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyalar dərhal ləğv edilməyəcək”.
Bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
O qeyd edib ki, Rusiyaya olan sanksiyaların ləğvi üçün Ukraynada vəziyyət normallaşdırılmalıdır.
Qeyd edək ki, Olaf Şolts may ayında Rusiyaya qarşı sanksiyaların yalnız Ukraynanın razılığı ilə ləğv edilə biləcəyini bildirib.