NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə ilə bağlı önəmli açıqlama verib.
Baş katib Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı narahatlığına toxunub.
“Biz Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən imtina etməsinə səbəb olan amilləri ən qısa zamanda həll etməyə çalışırıq”, – deyə Stoltenberq bildirib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edərkən, NATO birdən-birə İsveç və Finlandiyanı alyansa daxil etmək istədiyini açıqlayıb. Bundan dərhal sonra İsveç və Finlandiya rəsmi olaraq üzvlük üçün NATO-ya müraciət edəcəklərini bəyan edib. Bununla belə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iki ölkənin terror təşkilatlarını, xüsusilə PKK və FETÖ-nü dəstəklədiklərini əsas gətirərək, onların üzvlüyünə müsbət baxmadığını bildirib.