İsveç və Danimarkada rekord inflyasiya göstəriciləri qeydə alınıb

İsveçdə 7,2%-lik inflyasiya qeydə alınıb, bu isə 1991-ci ildən sonra ən yüksək göstəricidir.

Bu barədə Krallığın Statistika İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu ilin aprelindən inflyasiya səviyyəsi 1% artıb. Qiymət artımının, ilk növbədə, elektrik enerjisi, yanacaq, ərzaq məhsulları və yüngül sənaye mallarına təsir etdiyi bildirilir. Ekspertlər bunu enerjidaşıyıcılarının qiymətlərinin artması ilə əlaqələndirirlər.

Danimarkada da rekord səviyyədə – 7,4%-lik inflyasiya qeydə alınıb. Buna Danimarkanın Rusiyadan təbii qazı rublla almaqdan imtina etməsi və nəticədə elektrik enerjisi, yanacaq, ərzaq məhsullarının qiymətlərinin artması səbəb olub.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər