“Mənim yanaşmam COVID-19-dan ölümləri 90 % azaltdı”.
Bunu ABŞ Prezidenti Cozef Bayden tviter hesabında yazıb.
“Bağlanan məktəblər və müəssisələr açıldı. Və bu, Amerika tarixində ən böyük iş yerlərinin bərpasını yaratdı. Cəmi 16 ayda 8,7 milyon yeni iş yeri – bütün zamanların rekordu”, – Ağ Ev rəhbəri vurğulayıb.
Qeyd edək ki, pandemiya ərzində ABŞ-da 1 036 300 insan koronavirusun qurbanı olub, həmçinin 87 465 018 nəfər COVID-19-a yoluxub. ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birincidir. Son sutkada daha 38 min 87 nəfərdə koronavirus aşkarlanıb, 216 nəfər ölüb.