Bu ilin yanvar-may aylarında Azərbaycan 158 ölkə ilə xarici ticarət əməliyyatları – idxal və ya ixrac aparıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin analoji dövründə həmin ölkələrin sayı 168 idi.
İllik müqayisədə Azərbaycanın xarici ticarət əməliyyatları apardığı ölkələrin sayı azalsa da, bu ilin yanvar-aprel ayları ilə müqayisədə say artıb. Belə ki, yanvar-aprel aylarına olan hesabatda həmin ölkələrin sayı 155 idi.