Azərbaycana idxal edilən kərə yağına çəkilən xərc artıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 5 ayında 4867 dollar ikən, cari ilin ilk 5 ayında 5560 dollar təşkil edib.
2022-cilin ilk 5 ayında Azərbaycana 49 milyon 646 min dollar dəyərində 8 928 ton kərə yağı idxal edilib. Ötən ilin eyni dövründə 32 milyon 738 min dollar dəyərində 6 726 ton kərə yağı idxal edilmişdi.