2022-ci ilin yanvar-may ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.
Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.
Hesabat dövründə bu ölkəyə 4 mln. 737 min 558 ton həcmində Azərbaycan nefti ixrac olunub.
Azərbaycan neftinin ikinci ən böyük alıcısı İsrail olub. Belə ki, 1 ayda İsrail 1 mln 194 min 565 ton Azərbaycan nefti alıb.
Hindistan və Böyük Britaniya ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Hindistan 959 min 146 ton, Böyük Britaniya isə 613 min 731 ton həcmində Azərbaycan nefti alıb.