Azərbaycan 2022-ci ilin yanvar-aprel ayları ərzində xaricdən 70.72 min ton həcmində Aİ-92 oktanlı avtomobil benzini idxal edib.
Bu barədə Banker.az rəsmi məlumata istinad edir.
Məlumata görə, idxal edilmiş benzinin dəyəri isə $74.49 milyon təşkil edib. Benzinin 20.28 min tonu, yaxud $22.1 mln.-u aprel ayında idxal edilib.
Azərbaycan xaricdən benzinin idxalına 2022-ci ilin yanvar ayından başlayıb. Buna səbəb Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinləşmə və təmir işlərinə görə müvəqqəti fəaliyyətinin dayandırılmasıdır.
Bu səbəbdən də Nazirlər Kabineti benzinin idxal rüsumundan müvəqqəti azad edib ki, tənzimlənən tariflə satılan avtomobil yanacağının qiymətinə təsir az olsun, xərclər yaranmasın.
Aprel ayında xaricdən alınan benzinin qiyməti 1 litr üzrə 80 sent (yaxud 1.36 manat), bir ton üzrə isə $1 090 (1 853 manat) olub.
Hazırda Azərbaycanda benzinin Aİ-92 markasının 1 litri 1 manata pərakəndə ticarət olunur.
Azərbaycan benzini iki ölkədən alır. Rusiya və Türkmənistan. Rusiyadan idxal edilən benzinin həcmi 51.66 min ton ($36.58 mln.), Türkmənistandan isə 19.06 min ton ($19.66 mln.) olub.