Bu ilin yanvar-aprel aylarında Azərbaycanda doğulanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.8% artaraq 40 036-ya çatıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə ölənlərin sayında isə azalma müşahidə olunur. Belə ki, ilin ilk 4 ayında ölənlərin sayı 23 748 nəfər olub ki, bu da illik müqayisədə 10.1% azalma deməkdir.