14 C
Baku
Saturday, November 23, 2024

Deputat: “Ötən il Azərbaycanda ÜDM-in cəmi 0,2 faizi elmə ayrılıb”

“Bizdən soruşurlar ki, nə üçün müasir silahları İsraildən alırıq. Ona görə ki, İsrail bizdən fərqli olaraq, elmə 20 dəfə daha çox pul ayırır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, elmə kifayət qədər vəsait ayırmaq lazımdır.

Deputat xatırladıb ki, ötən il Azərbaycanda ÜDM-in cəmi 0,2 faizi elmə ayrılıb: “Yaponiyada bu göstərici 3,2, İsraildə 4,94, Fransada 2,19, Almaniyada 3,3 faizdir. Pul ayırmadan elmi inkişaf etdirmək mümkün deyil. Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində ən çox icra olunmayan xərclərdən biri elmə ayrılan vəsaitlə bağlıdır. Ayrılan vəsait cəmi 15,6 faiz icra olunub. Elmə 180 milyon vəsait ayrılıb. Onun da 28 milyonu icra edilib”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər