Azərbaycanda işsiz əhalinin sayı may ayında 1.6 min nəfər, yaxud 0.5 faiz azalıb.
Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK bildirir ki, 2022-ci ilin may ayının sonu, iyun ayının 1-nə işsiz əhalinin 313.3 min nəfərə düşüb, bu da işsizlik səviyyəsinin son ayda 5.88 faizə düşməsi deməkdir.
“2022-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 325.7 min nəfər olmuş, onlardan 5 milyon 012.4 min nəfərini məşğul əhali təşkil edib”- deyə, DSK bildirir.
Azərbaycanda rəsmi işsizlik pandemiyadan sonra 2021-ci ilin fevralında 7.16 faizə yüksəlmişdi.
İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.
Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.