14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda elektrik enerjisinin istehsalı 3%-ə qədər artıb

2022-ci ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisinin istehsalı 2,9% artaraq 11 milyard 244,2 milyon kVt/saata çatıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında qeyd edib.

Nazir bildirib ki, bu dövrdə ixrac 538,4 milyon kVt/saat, idxal isə 60,5 milyon kVt/saat olub.

Yanvar-may aylarında su da daxil olmaqla ümumilikdə bərpa olunan mənbələrdən 118 milyon kVt/saat artımla 930,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər