16 C
Baku
Friday, October 18, 2024

“Pfizer” vaksin istehsalı şirkəti “Valneva”ya $90.5 mln. sərmayə qoyur

Amerikanın əczaçılıq istehsalçısı olan “Pfizer” biotexnologiya şirkəti “Valneva”da 8.1% pay aldığını açıqlayıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir. Vurğulanır ki, müqavilənin dəyəri 95.2 milyon dollar olaraq qiymətləndirilir.

O, şirkətlər arasındakı tərəfdaşlığı gücləndirəcək və Laym xəstəliyinin müalicəsi üçün birgə proqramı inkişaf etdirəcək. VLA15 preparatın yeni sınaqlarının bu ilin üçüncü rübündə başlaması planlaşdırılır.

Müqaviləyə əsasən, “Valneva” peyvəndinin hazırlanması üçün ümumi xərcləri 30%-dən 40%-ə qədər artacaq. “Pfizer” həmçinin fransız firmasına 14%-dən 22%-dək qonorar ödəyəcək.

VLA15 –Laym xəstəliyinə qarşı mövcud olan yeganə peyvənddir. Valneva və Pfizer VLA15-i birgə hazırlamaq üçün 2020-ci ilin aprelində əməkdaşlıq müqaviləsi imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər