Yaponiyanın iri ağır maşınqayırma korporasiyası olan “Kawasaki Heavy Industries” hidrogen yanacağı ilə işləyəcək sərnişin təyyarəsinin əsas komponentlərinin hazırlanmasına başlayıb. Bunların xaricdə analoji laynerlərin istehsalına təxminən 2040-cı ildə başlayacaq təyyarə istehsalçılarına təqdim edilməsi nəzərdə tutulur.
Yanma zamanı atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsi təxminən 150 yerlik nəzərdə tutulub, onun uçuş məsafəsinin iki-üç min km olacağı gözlənilir.
Təyyarənin komponentlərinin hidrogen yanacağı ilə sınaqdan keçirilməsinə isə 2030-cu ilə qədər başlanacağı gözlənilir.