Avropa şirkətləri yeraltı qaz anbarlarını, təxminən, 55% doldurub.
Bunu “Gas Infrastructure Europe”un (GIE) məlumatları təsdiqləyir.
Rusiyadan təbii qazın tədarükünə qoyulan məhdudiyyətlər, həmçinin ABŞ-ın iri mayeləşdirilmiş qaz zavodu olan “Freeport LNG”də aparılan uzunmüddətli təmir belə Avropa qaz anbarlarına bu enerji resursunun vurulması sürətinə hələ təsir göstərməyib.
Qeyd edək ki, Avropanın qaz anbarlarına vurulan təbii qazın ümumi həcmi, təxminən, 58,3 milyard kubmetrə çatıb.
“Nord Stream AG” operatorunun məlumatına görə, Rusiya təbii qazının “Şimal axını” kəməri ilə gündəlik nəqli əvvəlki günlərin səviyyəsində, yəni, təqribən, 64 milyon kubmetr səviyyəsində gözlənilir.