Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası “Metcon” ASC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük hovuzunun yenidənqurulması” işinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 275 500 manatdır.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası “Qardaşlıq” MMC ilə üzgüçülük hovuzunun yenidənqurulması işi üçün dəyəri 3 279 574 manat olan müqavilə bağlamışdır.