9 C
Baku
Thursday, December 12, 2024

Rusiya XİN: “Ukraynadan xarici gəmilərlə taxılın daşınmasına yardım etməyə hazırıq”

Rusiya tərəfi heç vaxt Ukraynanın Qara dəniz limanlarından taxıl ixracına maneə olmayıb və olmur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü yüksək mina və atəşə tutulma təhlükəsi səbəbindən limanlardan istifadənin qeyri-mümkün olduğuna diqqət çəkib: “Bütün bunlar “Kiyev rejimi” tərəfindən yaradılıb. Ukrayna hakimiyyəti Qara və Azov dənizlərində 420-yə yaxın mina quraşdırıb. Kiyev 16 ölkədən 70 xarici gəmini bloklayıb və saxlayır”.

Zaxarova Rusiyanın Ukraynadan xarici gəmilərlə taxılın daşınmasına yardım etməyə hazır olduğunu da söyləyib: “Rusiya hərbçiləri öz tərəfindən Qara və Azov dənizlərində iki humanitar dəhlizin təhlükəsiz fəaliyyət göstərməsi üçün lazımi şəraiti yaradıblar. Mariupol və Berdyansk limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün istifadə imkanı var. Bundan başqa, Rusiyanın Ukrayna taxılının xarici gəmilər tərəfindən maneəsiz ixracının təmin edilməsinə köməklik göstərməyə hazırlığı, onların silah qaçaqmalçılığına nəzarəti və Kiyevin Qara dənizdə təxribat törətməkdən, mina təhlükəsi yaratmaqdan və gərginlikdən imtina etməsi şərti ilə təsdiqlənir”, – o deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər