“Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda özəl sektordakı artımı, həmçinin bərpa olunan enerji mənbələrinə keçidi dəstəkləyir”.
Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Fernandes Duarte Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Bakıda keçirilən 24-cü İllik Toplantısında deyib.
O, Azərbaycanda “Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi”nin imzalandığı xatırladıb.
Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq dünya 2 böhranla – pandemiya və Ukraynadakı müharibə ilə üzləşib.
IFC-nin regional meneceri bildirib ki, proqnozlara görə, Ukraynada davam edən müharibə səbəbindən özəl sektorda istehsal həcmləri 3%-dək azalacaq: “Biz Ukraynanı dəstəkləməkdə davam edirik, maliyyə dəstəyini də davam etdirəcəyik”.