2 C
Baku
Saturday, December 14, 2024

Meksikada inflyasiya son 21 ilin ən yüksək səviyyəsinə çatıb

İyun ayının nəticələrinə görə, Meksikada inflyasiya illik ifadədə 7.88 faiz artıb ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

Bu barədə ölkənin Milli Statistika və Coğrafiya İnstitutunun mətbuat xidməti öz saytında məlumat yayıb.

Qeyd olunur ki, iyunun ilk iki həftəsində istehlak qiymətləri indeksi əvvəlki iki həftə ilə müqayisədə 0.49% artıb.

Ən çox da qeyd olunan dövrdə kənd təsərrüfatı məhsullarının bəzi növlərinin və hava nəqliyyatının qiyməti artıb. Bunun əksinə, ölkədə məişətdə istifadə olunan maye qazın maya dəyəri ucuzlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər