12 C
Baku
Monday, November 25, 2024

“Cisco” Rusiya bazarından çıxır

Amerikanın şəbəkə avadanlığı istehsalçısı “Cisco” Rusiya və Belarusda biznesini məhdudlaşdırmaq qərarına gəlib, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Şirkət maliyyə məsələlərini həll etmək üçün tərəfdaşlar və müştərilərlə əlaqə saxlamağa, o cümlədən əvvəlcədən ödənilmiş xidmət və proqram təminatı üçün ödənişləri qaytarmağa söz verib.

“Bu gün biz Rusiya və Belarusdakı fəaliyyətimizi mərhələli şəkildə dayandırmağa başlamaq qərarına gəldik”, – açıqlamada deyilir.

Mart ayında “Cisco”nun baş direktoru Çak Robbins bildirmişdi ki, şirkət Rusiya və Belarusda biznes əməliyyatlarını dayandıracaq və diqqətini Ukraynadakı işçilərə, müştərilərə və tərəfdaşlara dəstək olmağa yönəldəcək.

“Cisco Systems” – ABŞ-ın şəbəkə avadanlığı və proqram təminatı istehsal edən və satan çoxmillətli texnologiya şirkətidir, əsasən domen təhlükəsizliyi, videokonfrans və enerji idarəetməsi üzrə ixtisaslaşır.

Bundan əvvəl məlum olmuşdu ki, Amerikanın “Microsoft” korporasiyası “iqtisadi perspektivlərin dəyişməsi” və ölkə daxilindəki biznesə təsiri səbəbindən Rusiyadakı fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib. İT nəhənginin nümayəndəsinin sözlərinə görə, bu qərardan 400-dən çox işçi təsirlənəcək.

İyun ayında dünyanın ən böyük avadanlıq və proqram təminatı istehsalçılarından və təchizatçılarından biri, Amerikanın “IBM” şirkəti Rusiyada bütün fəaliyyətini dayandırdığını elan edib. Mart ayında “IBM” Rusiya ərazisində texnologiyalarının satışını dayandırıb.

Son xəbərlər
Digər xəbərlər