“Kütləvi informasiya vasitələri ilə bağlı mövzunu bu gün biz və dünən Azərbaycan Prezidenti ilə də müzakirə etdik. Bu və ya digər tərəfin qəbul etdiyi qərarın səbəbləri barədə anlayışımız var. Biz bu və ya digər tərəfin gətirdiyi nümunələri bilirik”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
“Bizim ümumi anlayışımız var ki, bir-birimizin qanunlarına hörmət əsasında və bu qanunlara söykənən informasiyanın azadlığı prinsipi əsasında biz hər iki ölkənin aparıcı KİV rəhbərlərinin iştirakı ilə xüsusi tədbirlər silsiləsini keçirəcəyik. Bir-birimizin ərazisində hadisələri necə işıqlandırdığımız barədə açıq şəkildə danışacağıq. Aramızda razılıq var ki, bu məsləhətləşmələri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin himayəsi altında təşkil edəcəyik”, – Lavrov əlavə edib.
Daha sonra Ceyhun Bayramov bildirib: “Sirr deyil ki, son aylar ölkələr arasında bir sıra faktlar üzrə problemli məsələlər var. Özünüz də dediyiniz kimi, bir neçə özəl Azərbaycan media resursu Rusiya Federasiyasında blok edilib. Bu ayın əvvəlində Rusiyanın dövlət agentliyi “RİA Novosti” Azərbaycanda blok edilib. Təbii ki, bu mövzu hamımızı narahat edir. Bugünkü müzakirələr zamanı da bu məsələyə toxunulub. Əsas diqqət ona yönəldildi ki, biz bu cür nəticələri aradan qaldırmaqdansa, belə halların qarşısını almaq üçün daha stimullaşdırıcı mexanizmlər işləməliyik. Fikrimizcə, bu cür halların qarşısının əvvəlcədən alınması daha səmərəli olardı”.