10 C
Baku
Saturday, November 23, 2024

TürkPA-nın adı rəsmən dəyişdirildi

Bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) XI plenar iclası keçirilib.

Görüşdə beynəlxalq təşkilatların nümayəndələri və üzv ölkələrin parlament nümayəndə heyətləri iştirak ediblər.

İclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib. İclasda TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

Üzv dövlətlərin nümayəndələri TürkPA-nın adının dəyişdirilərək Türkdilli Ölkələrin Parlament Assambleyası adlandırılması barədə qərar qəbul edib.

XII plenar iclasının 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçirilməsi qərara alınıb.

 

 

Son xəbərlər
Digər xəbərlər