“Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru dəyişib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Məlumata görə, Əhəd Əsgərov Tofiq oğlu vəzifəsindən ayrılıb.
Onu bu vəzifədə İmam Qədimquliyev Eyyub oğlu əvəzləyib.
“Optimal Finance” 2020-ci ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Onun səhmlərinin 50%-i Elçin Əsgərli, 30%-i Fərid Eynullayev və 20%-i isə Yusif İbrahimova məxsudur.