Ötən il dünyada təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2020-ci illə müqayisədə 0,5% azalaraq, 205,865 trilyon kubmetr təşkil edib.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində məlumat verilir.
Hesabata əsasən, təsdiq edilmiş qaz ehtiyatlarının həcminə görə, birinci yerdə Rusiya (47,759 trilyon kubmetr), ikinci yerdə İran (33,988 trilyon kubmetr), üçüncü yerdə Qətər (23,831 trilyon kubmetr), dördüncü yerdə Türkmənistan (13,95 trilyon kubmetr), beşinci yerdə isə ABŞ (12,246 trilyon kubmetr) qərarlaşıb.