13 C
Baku
Saturday, November 23, 2024

Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı su kəmərinə 49 milyon manat xərclənəcək

“Azərsu” ASC “Nort Vest Konstrakşn” MMC ilə 49 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 48 659 570 manatdır.

Qeyd edək ki, “Nort Vest Konstrakşn” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 000 manatdır və qanuni təmsilçisi Elçin Bədəlov Tofiq oğludur.

Son xəbərlər
Digər xəbərlər