Xerson Rusiyaya birləşəcək

Xerson vilayətinin rəhbərliyi referendum hazırlıqlarına başlayıb.

Bu barədə məlumatı vilayətin Hərbi-mülki Administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Onun sözlərinə görə, referendum zamanı sözügedən regionun Rusiyanın tərkibinə qatılması məsələsi həll olunacaq:

“Bəli, biz referenduma hazırlaşırıq və biz onu keçirəcəyik. Qəribə səslənsə də, Xerson vilayəti Rusiyaya birləşmək barədə qərar qəbul edəcək, Rusiyanın tam hüquqlu subyekti olacaq”.

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər