7 C
Baku
Thursday, December 12, 2024

Saxta arayışlarla bankdan 140 min pul götürüldü

Sabirabad rayonu, Kürkənd kənd sakini “Bank Respublika” nın keçmiş kredit mütəxəssisi, hazırda məhkəmə tərəfindən təqsirləndirilən şəxs “Qafqazinfo”ya müraciət edib.

O bildirir ki, 2013-cü ilin əvvəllərində Saatlı Rayonu M.Əliyev küçəsində yaşayan Cahangirov Cabir Sahib oğlu “Bank Respublika”nın həmin dövrlərdə Sabirabad filialının müdiri vəzifəsində işləmiş Babayev Ağadədə Ağaverdi oğlu ilə bankdan kredit almaq məqsədi ilə tanış olub və öz adına 10 min manat məbləğində kredit alıb: “C. Cahangirov bankın kredit şərtləri və kreditləşmə mexanizmi ilə yaxından tanış olduqdan sonra Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevlə cinayət əlaqəsinə girərək, Bank Respublikanın Sabirabad filialından kredit almaq məqsədi ilə heç bir yerdə işləməyən 40 nəfər Saatlı rayon sakinlərinin adlarına SRTŞ tərəfindən müəllim işləmələri bardə saxta əmək haqqı arayışı alıb. Bu arayış əsasında bankın Sabirabad filialından 140 min manat kredit alıblar. Həmin arayışlar təhsil şöbəsinin müdiri Şamil Nurəliyev və təhsil şöbəsinin mühasibi tərəfindən imzalanıb, möhür və ştampla təsdiq edilərək C.Cahangirova verilib. Saxta arayışların sayı 80 ədəddir. Adlarına arayış tərtib olan Saatlı rayon sakinləri Rzayev Vüqar, Muradov Kamran, Məhərrəmova Nazil, Cahangirova Rüxsarə, Babaşov Əlikram və başqalarıdır”.

Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı Korrupsiya İdarəsinə 2014- cü ildə Cahangir Cabirovla bağlı şikayət edilib və onun barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb: “Həmin 40 şəxsə saxta sənəd verilməsi ilə bağlı əlavə cinayət işi açılıb. Amma bu saxta sənədə qol çəkən və onun hazırlanmasında işturak edən Saatlı rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev bir dəfə də olsun istintaqa cəlb olunmayıb. Onun barəsində cinayət işi açılmayıb və məhkəməyə şahid qismində çağırılıb. Ş. Nurəliyev məhkəmədə şahid qismində ifadəsində həmin pulun 20 min manatının banka ödədiyini və saxta arayışlar verdiyinə görə peşman olduğunu deyib. Məhkəmə bununla da onun günahını bağışlayıb. Mən özüm də məhkəmə prosesində təqsirləndirilən şəxs kimi ifadə vermişəm. Sentyabr ayının sonunda məhkəmə hökm verməlidir, amma təhsil şöbəsinin müdirini prosesdən kənar saxlayıblar. Heç kim ona söz deyə bilir. Banka dəyən zərərin ödənilməsi məqsədilə müstəntiq bankın keçmiş müdirinə və iki bank mütəxəssisinə CM-nin 308 və 313-cü maddələri ilə cinayət işi açıb.

Qeyd edək ki, hazırda iş Lənkəran Ağır Cinayətlər məhkəməsində hakim Rəşad Mansurovun sədrliyi ilə davam edir.

Məsələ ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər
Digər xəbərlər