Böyük Britaniyanın baş naziri Boris Consonun “Rusiya prezidenti qadın olsaydı, müharibə olmazdı” açıqlamasına Putindən cavab gecikməyib.
Banker.az xəbər verir ki, Putin “Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin Folklend adaları üçün Argentinaya qarşı müharibəyə başladığını” xatırladıb.
“Bir qadın müharibəyə başlamaq qərarına gəlib. Folklend adaları hara, Britaniya hara? Bunun səbəbi imperialist ambisiyaları və imperialist statusunun təsdiqlənməsidir. Ona görə də indiki Böyük Britaniya baş nazirinin bu gün baş verənlərə istinadları düzgün deyil”, – Putin bildirib.