2 C
Baku
Saturday, December 14, 2024

MN-in mənimsəmədə ittiham olunan hərbçilərinin həbs müddəti uzadılıb

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri – nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. İttiham olunan şəxslərin hər birinin həbs müddəti 3 ay uzadılıb.

Bununla bağlı qərar bir neçə gün əvvəl elan olunub.

Xatırladaq ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər