14 C
Baku
Sunday, November 24, 2024

İsveç Ukraynaya yeni partiya tankəleyhinə silah və pulemyot verəcək

İsveç hökuməti Ukraynaya növbəti dəfə hərbi yardımın göstərilməsi barədə qərar qəbul edib. Hərbi yardımın ümumi həcmi, təxminən, 500 milyon İsveç kronu təşkil edir.

Bu barədə İsveçin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Hərbi dəstək Ukraynanın istədiyi silah-sursatdan – tank əleyhinə silahlar, pulemyotlar və minatəmizləmə avadanlığından ibarətdir.

Xatırladaq ki, daha əvvəl İsveç Ukrayanaya 4 dəfə hərbi yardım göstərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər