15 C
Baku
Sunday, November 24, 2024

Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün yeni şərt qoyub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edəcəyi şərtləri adlandırıb. Onun sözlərinə görə, Şimali Atlantika alyansına namizədlər Ankaranın terrorçu hesab etdiyi təşkilatları qanunvericilik səviyyəsində qadağan etməlidir. Onlar arasında Kürdüstan Fəhlə Partiyası, “Xalqın özünümüdafiə birlikləri” və Fətullah Gülənin təşkilatı.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Türkiyə Skandinaviya ölkələri “təhlükəsizlik təhdidləri ilə mübarizədə tam dəstək” verərsə, İsveç və Finlandiyanın alyansa qoşulmasına etiraz etməyəcəyini bildirib.

Ərdoğan terror təşkilatları ilə bağlı mövqeyini “qırmızı xətt” adlandırıb. Əgər İsveç və Finlandiya güzəştə getsə, bu, “çətin danışıqlar prosesindən sonra Türkiyə və türk xalqının diplomatik qələbəsi” olacaq.

Finlandiya və İsveç Rusiyanın Ukraynadakı hərbi əməliyyatına görə mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. Türkiyə bu müraciətlərə baxılmasını əngəlləyən yeganə ölkə olub. Ərdoğan İsveçin “terrorçularla dolu olduğunu” deyib. Avropada Türkiyə yeni üzvlərin qəbulu ilə bağlı danışıqlara mane olmağa davam edərsə, alyansda təcrid olunacağı ilə hədələnib.

Son xəbərlər
Digər xəbərlər