6 C
Baku
Monday, December 16, 2024

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

®ABB İnnovasiya Mərkəzində 2-ci İnkubasiya proqramına qəbul edilmiş layihələrin təqdimatı mərasimi keçirilib. Proqrama ümumən 151 komanda muraciət edib. Aparılan seçimlərə əsasən, 25 komanda 8 həftəlik intensiv preinkubasiya proqramında iştirak imkanı qazanıb. Bu komandalardan isə 10-u növbəti mərhələ kimi inkubasiya mərhələsinə keçib.

İnkubasiya mərhələsini də uğurla başa vurmuş bu komandalar hazır layihələrini ABB İnvestor Klubunun üzvləri, ABB-nin rəhbər şəxsləri və digər sahə ekspertləri qarşısında təqdim ediblər. Bu layihələr Fintech, Elektron ticarət, iqtisadi dayanıqlılıq və s. bu kimi sahələri əhatə edir. 

İntensiv təlim proqramlarını özündə cəmləşdirən 2-ci İnkubasiya proqramı startap komandalarına öz ideyalarını biznesə çevirməkdə dəstək olub. Komandaların 1 avqust 2022-ci il tarixinədək investorlarla görüşlərinin keçirilməsi nəzərdə tutulub. İnvestisiya cəlb edə bilən, məhsullarını inkişaf etdirməyi bacaran və satışa hazır olan komandalar ABB İnnovasiya Mərkəzinin Akselerasiya proqramına keçid alacaqlar.

Xatırladaq ki, Mərkəzin 1-ci proqramında da 12 startap layihəsi müvafiq mərhələləri uğurla başa vurub. Beləliklə, ABB İnnovasiya Mərkəzi indiyə qədər investorlara 22 startap layihəsi təqdim edib. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər