Heç bir sərhəd-keçid məntəqəsində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur.
Bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan daim Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qayda və tövsiyələrə əsasən ölkədə epidemioloji nəzarəti qurur. Ölkəmiz həmin qayda və tövsiyələrə tam riayət edir.