9 C
Baku
Thursday, December 12, 2024

Bakıda 5 ayda 10 milyon manatdan çox satış olub

2022-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4.1% artaraq 10 109 milyon manat olub.

Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir.

Hesabata əsasən, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.1 faiz artaraq 5 120.8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4.5% artaraq 4 988.2 milyon manata bərabər olub. İstehlak məhsullarının 37.9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 34.5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27.6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Son xəbərlər
Digər xəbərlər