Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda normallaşma prosesində – istər Türkiyə, istər Azərbaycanla – ən böyük maneə Ermənistanın üzərində olan təzyiqdir.
XİN rəhbəri Türkiyə ilə Ermənistan xüsusi nümayəndələrinin görüşünə ev sahibliyi etdiyi üçün Avstriyaya təşəkkür edib.
“Niyə xüsusi nümayəndələrinin görüşü Türkiyə və Ermənistanda keçirilməsin?”, – nazir vurğulayıb.