1 C
Baku
Saturday, December 14, 2024

Vəzifəsindən istifadə edib təbiətə 200 min manatdan artıq ziyan vuran şəxs məhkəməyə verilib

Zəkəriyəyev Nəriman Şirin oğlu tərəfindən Mingəçevir şəhəri ərazisində qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, aparılmış istintaqla Nəriman Zəkəriyəyev Mingəçevir şəhərində Kür çayı axmazında yerləşən qum-çınqıl yatağında  öz qulluq mövqeyindən istifadə etməklə 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində dövlət mülkiyyətində olan 9.400 m2 torpaq sahəsini  qazanc əldə etmək məqsədilə özbaşına istismar etməsi, dövlətə və təbiətə  202 min manat məbləğində maddi ziyan vurması müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nəriman Zəkəriyəyevə Cinayət Məcəlləsinin  188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 247 (İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər